Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya şöhrətli rejissorun doğum günüdür

Yapon kinorejissor, prodüsser və ssenarist Akira Krosovanın doğum günüdür

Onun 1950-ci ildə Akutaqava Rünoskenin "Rasyomon qapısı" və "Sıx meşədə" novellaları əsasında çəkimiş olduğu "Rasyomon" filmi Kurosavaya dünya şöhrəti gətirir. Bu filmə görə 1951-ci ildə Venesiya kinofestivalında Qızıl şir, ABŞ-da isə ən yaxşı xarici film nominasiyasında Oskar mükafatına layiq görülür. 1954-cü ildə Akira Kurosava özünün növbəti şedevrini – "Yeddi samuray" filmini yaradır.
Akira öz filmlərinin ssenarisini daha çox qərb ədəbiyyatının klassik nümunələrində götürmüşdür. Deşil Hemmettin "Qırmızı biçin" romanı əsasında 1961-ci ildə "Cangüdən", Dostoyevskinin "Axmaq" romanı əsasında isə 1951-ci ildə eyni adlı film , Maksim Qorkinin "Dibdə" pyesi əsasında 1957-ci ildə "Dibdə" filmi, Şekspirin "Maqbet" tragediyası əsasında samuraylar haqqında 1957-cildə "Qanlı taxt-tac" və "Kral Lir" tragediyası əsasında isə 1985-ci ildə "Ran" filmini ekranlaşdırmışdır. 1975-ci ildə SSRİ ilə birgə "Dersu Uzala" filmini ekranlara çıxarır. Bu film də ən yaxşı xarici film nominasiyasında Oskar mükafatına layiq görülür.
Filmoqrafiya
•    1941 — At (formal olaraq - rejissor assistenti)
•    1943 — Cüdo dahisi, 姿三四郎
•    1944 — Ən yaraşıqlılar, 一番美しく
•    1945 — Pələng quyruğunun arxasınca gedənlər, 虎の尾を踏む男達
•    1945 — Cüdo dahisi 2, 續姿三四郎
•    1945 — Gələcəyi yaradanlar (rejossorlardan biri)
•    1946 — Cavanlığımızın xiffətini çəkmədən, わが青春に悔なし
•    1948 — Gözəl bazar günlərinin birində, 素晴らしき日曜日
•    1948 — Sərxoş mələk, 醉いどれ天使
•    1949 — Sakit duel, 静かなる決闘
•    1949 — Yiyəsiz köpək, 野良犬
•    1950 — Qalmaqal, 醜聞
•    1950 — Rasyomon, 羅生門
•    1951 — İdiot, 白痴
•    1952 — Yaşamaq, 生きる
•    1954 — Yeddi samuray, 七人の侍
•    1955 — Mən qorxu içində yaşayıram, 生きものの記録
•    1957 — Qan içində taxt-tac, 蜘蛛巣城
•    1957 — Dibdə, どん底
•    1958 — Gizli qalada üç əclaf, 隠し砦の三悪人
•    1960 — Pis adamlar şirin yuxular görür, 悪い奴ほどよく眠る
•    1961 — Cangüdən, 用心棒
•    1962 — Sandzüro, 椿三十郎
•    1963 — Cənnət və cəhənnəm, 天国と地獄
•    1965 — Qırmızı saqqal, 赤ひげ
•    1970 — Tramvay təkərlərinin taqqıltı sədaları altında / Dô desu ka den, どですかでん
•    1975 — Dersu Uzala, デルス・ウザーラ
•    1980 — Döyüşçünün kölgəsi, 影武者
•    1985 — Ran, 乱
•    1990 — Yuxular, 夢
•    1991 — Avqust rapsodiyası, 八月の狂詩曲
•    1993 — Hələ yox / Madadayo, まあだだよ
1910-cu ildə doğulan rejissor 88 yaşında, 1998-ci ildə dünyasını dəyişib.

Simsar.az






23 Mart, 2015  09:48 Baxılıb: 1225 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner