Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Böyük yazıçı İsmayıl Şıxlının doğum günüdür

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib. 1933-1936-cı illərdə Qazax pedaqoji məktəbində təhsil alıb. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. Sonra 1937-1941-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ali təhsili başa vurduqdan sonra Qazax rayonuna qayıdaraq 1941-1942-ci illərdə Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Təxris edildikdən sonra yenidən Kosalar kənd məktəbində işə qayıdaraq, altı ay tədris hissə müdiri işləyib. APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri seçilib.

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. “Dəli Kür” əsəri əsasında film çəkilib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. İctimai işlərdə fəal çalışaraq, Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü ildən bəri), Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib. Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olub. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Birinci Dünya müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alıb (1973).

1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Jurnalist Elçin Şıxlının atasıdır.






22 Mart, 2015  09:51 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner