Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Günəşin tutulması Yerə təsirsiz ötüşmədi

Dünən baş vermiş günəş tutulması hadisəsi yerə təsirsiz ötüşməyib. Buna qədər astroloji hadisəni izləmək üçün turistlər Farer adalarına və şimal buzlu okean sahilində olan digər adalara axın edirdisə, indi də “macəra ovçuları” Fransanın atlantik sahilinə axışıb.

Ölkəyə axışan turistlərin əsas məqsədi günəş tutulmasından sonra Fransa sularında yaşanan “əsrin ən güclü qabarma və çəkilməsinə” tamaşa etməkdir. Astroloji hadisənin təsiri altında, Fransanın Atlantik Okean sahilində yerləşən bəzi ərazilərdə suyun 15 metrə yaxın qalxacağı proqnozlaşdırılır.

Hava xidmətinə görə, cümə günü qabarma-çəkilmə mütənasibi 120 ballıq şkala ilə 118 bala çatıb. Bu gün isə bu göstəricinin pik səviyyəyə yaxınlaşacağı gözlənilir.

Təbii fenomenin canlı şahidi olmaq üçün minlərlə turist Fransanın Mont-Sen-Mişel şəhərinə axışıb. Qabarmanın güclənməsindən sonra, artıq səhər saatlarında sahil yaxınlığındakı yolu su basıb. Hidrometeoroloqlar qabarmanın bugün gecə saatlarına kimi ən yüksək səviyyəyə çatacağı bildirir. Göy cisimlərinin cazibə qüvvəsinin təsiri altında baş verən bu fenomen hər 18 ildən bir baş verir.






21 Mart, 2015  16:52 Baxılıb: 1148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner