Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhəddə böyük gərginlik

Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb.

Bayram günlərində Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusilə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd-keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur.

Simsar.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu-bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarla, hətta günlərlə gözləyənlər var. Sərhəd buraxılış məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar.

Qazaxın 2-ci Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq Körpü" sərhəd buraxılış məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndiriblər.

Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər iritonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.






21 Mart, 2015  16:14 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner