Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün xoşbəxtlər günüdür

Bu gün ümumdünya xoşbəxtlər günüdür. Britaniya psixoloqları aydınlaşdırıblar ki, xoşbəxt insanlar oxumağa, bədbəxtlər isə televizora baxmağa üstünlük verirlər. Alimlər son 30 ildə 30 mindən çox adamın iştirakı ilə aparılmış sosioloji sorğuların nəticələrini təhlil etmişlər. İştirakçılara asudə vaxtlarını necə keçirdikləri, əhval-ruhiyyələrini qiymətləndirdikləri barədə suallar verilib.

Sorğunun nəticələri göstərib ki, xoşbəxt insanlar sosial baxımdan daha fəaldırlar. Ünsiyyətə meylli olan belə insanlar tez-tez ibadət ocaqlarına gedir, səsvermədə fəal iştirak edir və daha çox kitab oxuyurlar. Rəyi soruşulanların ailə vəziyyəti, gəliri və yaşları müqayisə edildikdən sonra məlum olub ki, özlərini bədbəxt sayanlar xoşbəxt həmvətənləri ilə müqayisədə televizora 28 faiz çox baxırlar.

Tədqiqat müəllifləri onu da müəyyənləşdirmişlər ki, bədbəxtlərin 51 faizinin asudə vaxtı çoxdur və onlar həmin vaxtı hara sərf edəcəklərini bilmirlər. Xoşbəxtlər isə vaxt qıtlığından əziyyət çəkirlər. Belə ki, rəyi soruşulanların yalnız 19 faizi bəzən “artıq” vaxtları olduğunu etiraf edib.






20 Mart, 2015  09:28 Baxılıb: 1294 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner