Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rəis müavini qəzaya düşdü

Füzuli rayonunda yol qəzası baş verib.

Simsar.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

Füzuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90 AT 677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.






19 Mart, 2015  20:32 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner