Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Lotereyada 1 milyon uddu, ancaq götürməyə gəlmədi

ABŞ-da PowerBall lotereyasında 1 milyon dollar udan şəxs qeyri-müəyyən səbəblərə görə uduşu almaq üçün müəyyən olunmuş vaxtın sonunadək biletini təqdim edə bilməyib.

Simsar.az Azərtac-a istinadla xəbər verir ki, hazırda bu vəsait Kaliforniya ştatının məktəb təhsili sisteminin büdcəsinə köçürülür.

Qaydalara əsasən, lotereya biletlərini təqdim edərək uduşu götürmək üçün verilən 180 günlük vaxt martın 12-də bitib. Bundan sonra uduşlu biletlər qüvvədən düşmüş sayılır.

Vəziyyət həm də ona görə maraqlıdır ki, Kaliforniya KİV-ləri Los-Anceles şəhərinin super-marketlərinin birində uduşlu bileti alan şəxsin fotoşəklini də yayıblar. Foto super-marketin daxili nəzarət sistemindən götürülüb. Bundan əlavə, satıcılardan birinin sözlərinə görə, gənc oğlan öz uduşu barədə məlumatlı olub. İndi hər kəs 1 milyon dolların arxasınca gəlməyən “xoşbəxt”in başına nə gəldiyi haqda düşünür.

Los Angeles Times qəzeti bu cür halların tez-tez baş verdiyini qeyd edir. Belə ki, keçən maliyyə ilində lotereya uduşlarının sahibləri ümumilikdə onlara çatmalı olan 20 milyon dolları götürməyiblər.

Bu məbləğlər PowerBall lotereyasının ən iri uduşu olan 590,5 milyon dolların yanında kölgədə qalıb. 2013-cü ilin yaz aylarında uduşa düşmüş həmin böyük məbləğ sahibi tərəfindən son sentinə qədər alınıb.






14 Mart, 2015  14:48 Baxılıb: 1654 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner