Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏDİL İSGƏNDƏROVUN 101 YAŞI OLDU

Görkəmli kino xadiminin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Bu gün Azərbaycan teatr sənətinin ən parlaq simalarından biri, Azərbaycan teatr rejissorluğu məktəbinin əsasını qoyan görkəmli teatr və kino xadimi Ədil İsgəndərovun 101 yaşı tamam olur. 
Ədil İsgəndərov 1910-cu ildə Gəncədə anadan olub. İlk səhnə fəaliyyətinə oxuduğu məktəbdə başlayıb, sonrakı illərdə isə işçi klublarındakı dram dərnəklərində çalışıb. İyirminci illərin sonu Bakıya gələrək, teatr texnikumuna daxil olub.
Texnikumu bitirdikdən sonra Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib. Həmin teatr mühiti, müəllimləri, təcrübə keçdiyi Moskva Bədaye Akademik Dram Teatrı, Vaxtanqov adına Teatr onun bir sənətkar kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edib.
Gənc baş rejissorun ilk işi Səməd Vurğunun “Vaqif” dramı olub. Bu tamaşa Akademik Milli Dram Teatrın yaradıcılıq həyatında ən uğurlu tamaşalardan biridir, min dəfədən çox oynanılıb.
Azərbaycan kinosu tarixində ən böyük uğur qazanan filmlər məhz Ədil İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasına rəhbərliyi dövründə çəkilib. Rejissor “Əhməd haradadır?” adlı bədii filmi çəkərək, kino tariximizə qiymətli töhfəsini verir. Ədil İsgəndərov “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Qanun naminə”, “Arxadan vurulan zərbə” filmlərində yaratdığı obrazlarla adını kino tarixinə qızıl hərflərlə yazıb.
Ə. İsgəndərov 1936-cı ildən başlayaraq, ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib. Əvvəl teatr məktəbində, sonra isə Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyor və rejissor sənəti fənlərindən dərs deyib.
Görkəmli kino xadimi Ədil İsgəndərovun 100 illik yubileyi ölkədə layiqincə qeyd olunur. Elm, təhsil və mədəniyyət ocaqlarında bu görkəmli şəxsiyyətin xatirəsinə həsr olunan tədbirlər keçirilir.
“Azərbaycanfilm” kinostudiyasından Simsar.az-a verilən məlumata görə, bu gün 19:00-da Dövlət Dram Teatrında Ədil İsgəndərovun xatirəsinə həsr olunan ədəbi bəddi gecə keçiriləcək.
Aynurə






5 May, 2011  21:23 Baxılıb: 1887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner