Heydər Əliyevin 88 illiyi münasibəti ilə Bakıda Gül bayramı keçiriləcək
Heydər Əliyevin 88 illiyi münasibəti ilə Bakıda Gül bayramı keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, bayram şənliyi mayın 10-dan saat 11:00-dan 19:00-dək Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev parkında baş tutacaq. Saat 21:00-da isə Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək. Bakı şəhər İcra Hakimiyyəti vətəndaşları bayram şənliklərinə dəvət edir.