Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

SOSİAL

MƏLEYKƏ ABBASZADƏ ABEL MƏHƏRRƏMOVLA RAZILAŞMADI

BDU-nun rektoru məzunların yorğunluğuna səbəb tapdı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsini təklifi edir. Simsar.az-ın məlumatına görə, A. Məhərrəmov jurnalistlərlə açıqlamasında deyib ki, həm orta məktəbi bitirənlərin, həm də ali məktəbə qəbul olunanların bilikləri müvafiq metodoloji müstəvidə ortaya qoyulmalıdır: ”Yəni proqram tələbləri həm buraxılış, həm də qəbul üçün əsasən eyni olmalıdır ki, orta məktəbləri bitirənlər biliklərini iki istiqamətdə formalaşdırmasınlar. İki proqram üzrə hazırlaşmaq tələbələri yorur, məktəblə qəbul prosesi bir-birindən aralanır”. 
A.Məhərrəmov şagirdlərin imtahanlara hazırlaşmaq məqsədilə repetitorlara müraciət etmələrinin də bununla bağlı olduğunu vurğulayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə
A. Məhərrəmovun təklifi ilə razılaşmadığını bildirib. M. Abbaszadə deyib ki, imtahanların modelini dəyişmək populist formada yox, elmi əsaslarla aparıla bilər: “İki məqsədli imtahan ola bilməz. Ali məktəblərə qəbul və orta məktəblərdə buraxılış imtahanlarının məqsədləri müxtəlifdir. Amma təhsil qanununa əsasən, birinci mərhələdə olan attestat imtahanın nəticələrini yeni qəbul qaydalarında nəzərə alıb, attestat qiymətlərinə əsasən abituriyentlərə müəyyən bal vermək istərdik. Amma bunun üçün attestat qiymətləri və şagirdlərin imtahanda göstərdikləri nəticə heç olmasa, imtahan verdiyi fənlər üzrə üst-üstə düşməlidir. Biz bunu izləyirik. Lakin hələ demək olmaz ki, müsbət nəticə var”.

M. Abbaszadə bu il ilk dəfə orta məktəbləri yüksək qiymətlərlə bitirənlərə medallar veriləcəyini və onların da ali məktəblərə qəbul imtahanlarında iştirak edəcəklərini xatırladıb: “İmtahandan sonra orta məktəbi medalla bitirənlərin qəbul imtahanlarında göstərdikləri nəticələr araşdırılacaq. Biz görsək ki, ölkə üzrə məktəbdə aparılan qiymətləndirmə ali məktəbə qəbul imtahanı zamanı aparılan qiymətləndirmə ilə 70 faiz üst-üstə düşür, o halda ali məktəblərə qəbul zamanı orta məktəb qiymətlərini nəzərə ala bilərik”.






5 May, 2011  19:00 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Dekabr, 2019  13:17

7 Dekabr, 2019  13:04

7 Dekabr, 2019  12:36



7 Dekabr, 2019  10:06




6 Dekabr, 2019  14:25


6 Dekabr, 2019  10:04







5 Dekabr, 2019  09:28

5 Dekabr, 2019  09:25








4 Dekabr, 2019  10:58

4 Dekabr, 2019  10:55








3 Dekabr, 2019  13:56



2 Dekabr, 2019  17:39







2 Dekabr, 2019  10:21

2 Dekabr, 2019  09:20


30 Noyabr, 2019  13:43

sagbanner