Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pasportların ölçüsü kiçildilir

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyev: “vətəndaşlar internet vasitəsilə elektron ərizənin yolunu izləyə biləcək”

Artıq bu günə kimi kağız formasında olan məlumatlar, informasiyalar onlayn formada həyata keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yayıb. 
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyev Simsar.az-a bildirib ki, elektron imza birtərəfli iş deyil və elektron imza, elektron sənəd, elektron dövlət bunlar hamısı bir çox keyfiyyət dəyişikliyinə səbəb olacaq: “Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası vətəndaşlarının yeni şəxsiyyət vəsiqəsinin təsvirinin və sertifikasiyasının yaradılması haqqında” sərəncam verib. Əgər biz elektron dövlətə keçiriksə, elektron ərizələr yazırıqsa, bu zaman elektron imza ilə təsdiq edə bilirik. Elektron imzanın geniş yayılmsı üçün elektron hökumət xidmətlərindən istifadə reallaşdırılmalıdır. Çünki, hər bir elektron sənədi elektron sənəd edən elektron imzadır”.
Y.İmamverdiyevin sözlərinə görə, adi pasportlardan fərqli olaraq bunlar elektron daşıyıcıya , mikro çipə malikdir. İndiki pasportların birinci səhifəsində olan məlumatlarla yanaşı barmaq izləri, gözün qüzehli qişası haqqında bilgilər bu çipə daxil ediləcək. Bununla həmin şəxsin irqi mənsubiyyəti və s. məlumatları əldə etmək olacaq. İlk növbədə biometrik pasportların ölçüsü dəyişəcək, yəni daha kiçik olacaq. İlk səhifədəki məlumatlar mikro çipin yaddaşına yerləşdiriləcək. Pasportların tez-tez dəyişdirilməsinə səbəb olan məlumatlar yerləşdirilməyəcək. Həmin məlumatların şəxsiyyət vəsiqəsində əks olunmaması əsassız yoxlamaları aradan qaldıracaq.
Şöbə müdiri onu da bildirib ki, vətəndaşlar internet vasitəsilə elektron ərizənin yolunu izləyə biləcək. Ərizə nə vaxt sistemə daxil olub, indi hansı məmur tərəfindən baxılır, bunların hamısını rahatlıqla öyrənəcək. Şəxsiyyət vəsiqələrində biometrik texnogiyalardan istifadə olunacaq. Həmçinin sürücülük, hərbi, dənizçi vəsiqələri, vizalar, elektron biletlərdə biometrik xüsusiyyətlər daxil ediləcək.
Dəyişikliklər viza almaq proseduruna da müsbət təsir edəcək. Y.İmamvediyev deyib ki, xarici ölkələrə gedənlər viza alarkən həmin ölkələrin səfirliklərində barmaq izlərini verməyə məcburdurlar. Bu, həm vaxt itkisidir, həm də psixoloji cəhətdən insanlara təsir edir. Dəyişikliklər sərhəd keçid məntəqələrində işləri asanlaşdıracaq.

Aynurə






5 May, 2011  16:52 Baxılıb: 1323 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner