Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hansı mövzuda çox şikayət edilib?

Bir ayda 106 müraciət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprel ayı ərzində nazirliyin “Qaynar xətt”inə 106 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.

Ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 5 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 16 müraciət isə öz təsdiqini tapmayıb.

Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 72 müraciətdən 67-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 2 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır.

Məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması və radiasiya ilə əlaqədar daxil olmuş 13 müraciətdən 2-si ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 11 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qaynar xətt”– rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərir.






5 May, 2011  14:50 Baxılıb: 1257 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55