Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternetdən istifadə ucuzlaşır

Nazirlik Tarif Şurasına müraciət edib

Azərbaycanda internet istifadəçilərinin sayı hər gün artmaqdadır. Bu arada internet istifadəçilərinə xoş xəbər: Rabitə və Texnologiyaları Nazirliyi internetdən istifadənin qiymətini aşağı salmağı düşünür. “Nazirlik internet tariflərinin minimum dərəcədə aşağı salınması məsələsinə baxır”. 
Bu barədə Simsar.az saytına Rabitə və Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib. 

“Bildiyiniz kimi nazirlik internet tariflərini 4-5 dəfə aşağı salıb. Çalışırıq ki, tariflər minimum dərəcədə aşağı olsun”.

Hazırda nazirlikdə internet tariflərinə baxıldığını söyləyən M.Əmirov deyib ki, təkliflər hazırlanaraq Tarif Şurasına göndəriləcək. “Qiymətlərin nə qədər endiriləcəyi məlum deyil, çünki buna Tarif Şurası qərar verəcək”.

Rabitə və Texnologiyaları Nazirliyinin rəsmi məlumatıa görə, əhalinin hər 100 nəfərinə düşən 15 ədəd kompüter düşür, əhalinin hər 100 nəfərindən isə 50-si internetdən istifadə edir.
Nazirliyin məlumatına görə, hələ ötən il ərzində internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 50% aşağı salınıb. Belə ki, genişzolaqlı xidmətin tarifləri 1 mbit/s üzrə 29 manatdan 20 manata, 2 mbit/s üzrə 65 manatdan 30 manata endirilib.

Hazırda Azərbaycanda 30-dan çox internet provayderi fəaliyyət göstərir.






5 May, 2011  03:26 Baxılıb: 1308 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner