Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Daşqın və sel təhlükəsi yoxdur”

“Vətəndaşlar əmin ola bilər ki, bu il Azərbaycanda daşqın təhlükəsi yoxdur”

Simsar.az-ın xəbərinə görə, bu barədə baş nazirin müavini Abid Şərifov Kürdə suyun səviyyəsinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

A.Şərifov yazın gəlişi ilə əlaqədar olaraq çaylarda suyun həcminin artdığını təsdiqləsə də, bunun təhlükəsiz həddə olduğunu bildirib. Onun sözlərinə görə, ötən il Kürdə suyun axın sürəti saniyədə 1700-1900 kubmetr təşkil etdiyi halda, bu il ondan təqribən 3 dəfə az - 650-750 kubmetr/saniyə təşkil edir: «Bu məsələlərdən məlumatlı olmayan şəxslər Kürün suyunun artdığını bildirir ki, bu da əhalini narahat edir. Yəni hələ bizim ehtiyatımız çoxdur və bununla bağlı qorxu ola bilməz».

Baş nazirin müavini qeyd edib ki, ötən il bu vaxt Mingəçevir su anbarında suyun səviyyəsi 79,6 metr təşkil edirdisə, indi bu səviyyə 4 metr aşağıdır. Başqa sözlə, su anbarında hələ bir neçə mln. kubmetr suyun daxil olması üçün imkan var: «Bu da o deməkdir ki, Azərbaycana gələn çaylardan əlavə suyu burda saxlamaq üçün bizim böyük ehtiyatımız var. Ötən il belə ehtiyatımız yox idi».

A.Şərifovun sözlərinə görə, ötən müddət ərzində dövlət başçısının fərmanına uyğun olaraq 400 kilometrdən artıq bənd tikilib: «Bu işlər təkcə Kür-Araz boyunda yox, həm də dağ çayları ətrafında aparılır və hələ davam edir. Çaylarda suyun səviyyəsi və daşqın təhlükəsi ilə bağlı məsələlər gündəlik dövlət orqanlarını və bilavasitə dövlət başçısının nəzarətindədir. Əmin ola bilərsiniz, tam səmimi deyirəm ki, bu məsələ bilavasitə dövlət başçısının ciddi nəzarətindədir. Ona görə də inanmıram ki, daşqın ola bilər. Hətta ötən ilkindən çox yağış yağsa da, bu mümkün deyil. Çünki ehtiyatımızı möhkəm görmüşük».






5 May, 2011  01:14 Baxılıb: 1127 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner