Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Kirayə müqaviləsi rəsmiləşməlidir”- Açıqlama

Ötən gün Qubada kirayəyə verilən evin yanması "kirayə verilmiş evə dəyən ziyanı kim ödəməlidir?" sualına səbəb olub. Mülk sahibi, kirayəçi, yoxsa əmlakçı? Əməkdaşlarımız bu mövzunu araşdırıb və problemin kirayə verilən zaman sənədləşmənin rəsmi olmamasından qaynaqlandığı məlum olub.

Kirayədə qalarkən kiçik bir ehtiyatsızlıqdan ev yanıb. Nəticədə sual yaranıb ki, dəyən ziyanı kim ödəməlidir. Ev sahibi yoxsa kirayəçi?

Azərbaycanda əksər evlər əşyalarla birlikdə kirayəyə verilir. Amma hər hansısa bir rəsmi sənədin olmaması xoşagəlməz hal baş verəndə tərəfləri üz-üzə qoyur. Müqavilə olmadığından evə ziyan dəyəndə kirayəçi məsuliyyəti üzərindən atır.

Əslində isə ev kirayə veriləndə hazırlanan müqavilənin şərtləri belə vəziyyətlərdə kimin günahkar olduğunu deməyə əsas verir.

Kirayə müqaviləsinin tərəflərə məsuliyyət yüklsəməsi üçün notarial təsdiq şərtdir. Ancaq ev sahibinin kirayədən qazandığı məbləğdən vergi verməyə məcbur etdiyindən müqavilə rəsmiləşdirilmir.

Notariuslarda standart icarə müqavilələri var. Müqavilənin şərtləri tərəflərin istəklərinə uyğun olaraq dəyişdirilə bilər. Amma bir çox mülk sahibi kirayə müqaviləsinin notarial qaydada rəsmiləşməsi qaydasından və bədbəxt hadisələr zamanı məsuliyyəti kimin daşıyacağından xəbərsizdir.

Xəzər Xəbər






6 Mart, 2015  23:50 Baxılıb: 936 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner