Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pul ehtiyatımız azalır

"Manatın sabitliyi üçün Mərkəzi Bank son üç ayda valyuta ehtiyatının 27%-ni itirib".

Bu sözləri iqtisadçi ekspert Samir Əliyev ANS PRESS-ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, proqnozlaşdırıldığı kimi Mərkəzi Bankın ehtiyatlarında azalma bu ay da davam edib:

"Mərkəzi Bank valyuta ehtiyatlarının martın 1-i tarixinə olan həcmini açıqladı. Proqnozlaşdırıldığı kimi azalma bu ay da davam edib. Fevral ayında ehtiyatın həcmi 13,2% və ya 1,676 milyard dollar azalaraq 11 milyard dollara düşüb. Bu, son 33 ayda ən aşağı həddir. Sonuncu dəfə 2012-ci ilin may ayında ehtiyatın həcmi 10,89 milyard dollar olub.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 7-ci aydır azalma tendensiyası nümayiş etdirir. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub – 15,2 milyard dollar. Sonrakı aylarda dünya bazarında neftin ucuzlaşması və Rusiyaya sanksiyaların tətbiq edilməsi səbəbindən azalma müşahidə edilib. Manatın sabitliyi üçün Mərkəzi Bank son üç ayda valyuta ehtiyatının 27%-ni itirib. Dekabr-fevral aylarında ehtiyat təxminən 4 milyard dollar azalıb.

Mərkəzi Bankın valyuta azalmasına səbəb son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panikadır. Əhali kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat artdı və Mərkəzi Bankın bazara intervensiyası kəskin artırdı. Əgər proses belə davam etsəydi qısa müddətdə valyuta ehtiyatı “əriyərdi”. Çünki xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub.

Hökumət kəskin devalvasiyaya getdikdən sonra intervensiya demək olar ki, yox səviyyəsindədir. Buna görə də fikrimcə, növbəti aylarda Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması müşahidə edilməyəcək. Azalma tempi aşağı düşəcək. Hər bir halda hər şey dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq.

Ehtiyatın azalmasına həm də valyuta ehtiyatına daxil edilən avronun ucuzlaşması da səbəb olub. Ötən ay dollara münasibətdə avro 0,8% ucuzlaşıb, funt sterlinq isə 2,5% bahalaşıb. Funtun bahalaşmasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatının ikinci ən çox paya malik avronun ucuzlaşması azalmanı şərtləndirib".






6 Mart, 2015  22:24 Baxılıb: 957 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner