Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Tanınmış qurumdan Azərbaycana qarşı “qara kampaniya” – ÖZƏL

Avropa Parlamenti səviyyəsində məsələ müzakirə olunacaq

Simsar.az xəbər verir ki, qeyri-hökumət təşkilkatı olan Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) Federal Ləzgi Milli Mədəni Muxtariyyəti (FLNCA) və Avropa Parlamentinin Rumınyadan olan deputatı Laurentiu Rebeganın ofisi (S&D) ilə birlikdə Avropa Parlamentinin martın 24-də baş tutacaq növbəti iclası çərçivəsində “Azərbaycan: İkili standarlar və azlıqların hüquqlarının pozulması”adlı konfrans keçirəcək.

Sözügedən konfrans barədə UNPO-nun rəsmi saytında məlumat dərc edilsə də, iki gün öncə həmin məlumat silinib.

Bildirək ki, 2013-cü ildə keçirilən sonuncu prezident seçkilərindən sonra Azərbaycana qarşı dini və etnik azlıqların “hüquqlarının pozulması” ilə bağlı təzyiqlər planlı şəkil alıb. Dini sektalar kimi dünyada qəbul olunan təriqətlərin də adları siyahıda qeyd olunub. Əvvəllər Avropa Şurası Azərbaycanda həbsdə olan dindarları vicdan məhbusu siyahısına salsada, indi onların adları  “hüquqları pozulan” dini və etnik azlıqların sırasına salınıb. Bu Azərbaycan dövlətinə qarşı unikal təzyiq vasitəsidir. Dini və etnik mövzular qədər hər hansı cəmiyyətə və dövlətə təzyiq göstərmək üçün ikinci bir alət yoxdur.  Bu iki mövzu olduqca həssas mövzulardır. Bundan real şəkildə istifadə edən dövlət isə Ermənistandır. Bu dövlətlərin sırasında Rusiya, İran və Qərb ölkələri də var.

Hər bir aparıcı dövlətin öz məqsədi var. Hazırda Avropa Azərbaycanla müxtəlif layihələr işləyir. Layihələrin də əsas məqsədi Azərbaycanda daha çox şeyə nail olmaq və Azərbaycanı beynəlxalq məsələlərdə güzəştə getməyə məcbur etməkdir.

Sözügedən “Azərbaycan: İkili standarlar və azlıqların hüquqlarının pozulması”adlı konfransın keçirilməsi ilə bağlı əlaqədar qurumların rəsmi münasıbətlərini təqdim edəcəyik.

Hüseyn İbadlı






6 Mart, 2015  17:55 Baxılıb: 731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner