Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Velosipedçilərimiz beynəlxalq yarışda

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Asiya turlarına start verir. Simsar.az xəbər verir ki, təmsilçimiz martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparacaq.

21 komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə "Synergy Baku" 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdir. Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarında iştiraka namizəd olan Elgün, Samir və Ənvər üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 18 yaşlı Elgün Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridir.

8 gün ərzində iştirakçılar ümumilikdə 1118 km məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın "Team Sky", Qazaxıstanın "Astana", Avsrtaliyanın "Orica GreenEDGE", Rusyanın "Tinkoff-Saxo" kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.






6 Mart, 2015  17:35 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner