Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Süpürgəçi qadınlar üçün AKSİYA

8 Mart münasibətilə keçirilən aksiya "Biz sizi unutmadıq!" adlanıb

Bu gün səhər saatlarında 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə paytaxtın müxtəlif rayonlarında "Biz sizi unutmadıq" adlı aksiya keçirib.

Simsar.az-ın məlumatına görə, "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən təşkil edilən aksiyada Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər. Onlar bu zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri veriblər.

Birliyin sədri Sevinc Əzimbəyli “Biz sizi unutmadıq” adlı aksiyanın artıq üçüncü ildir keçirildiyini deyir: “Bizim əsas məqsədimiz odur ki, 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə, onları unutmadığımızı bildirək. Digər tərəfdən də imkanlı şəxsləri, bütövlükdə cəmiyyəti əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan belə zəhmətkeş insanları unutmamağa təşviq etməkdir”.






6 Mart, 2015  17:17 Baxılıb: 636 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner