Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dərmanlar ucuzlaşa bilər

Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsi və aşağı salınması ilə bağlı bəzi addımlar atılacaq. Bunu Simsar.az-a müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədrinin fikrincə, ölkədə dərmanların ucuzlaşması üçün bəzi problemlər həll olunmalı, ilk növbədə, dərmanların daxildə geniş istehsalı təşkil edilməlidir: “Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu da təbii ki, özünü qiymətdə göstərir. Ona görə də ölkədə dərman istehsalının təşviq olunması üçün addımlar atılmalıdır. Azərbaycanda adicə yodu xaricdən gətirirlər. Halbuki onu Neftçalada da istehsal etmək olar. Bunun üçün orada lazımi baza var. Dərman istehsalı sahəsi ölkədə inkişaf etdirilməlidir. Bizim gözəl təbiətimiz var. Burada yüzlərlə dərman bitkisi bitir. Onlardan xeyli dərman hazırlamaq olar”.

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi münasibətlər genişləndikcə ortaya müəyyən nöqsanlar da çıxır. Buna baxmayaraq, bazar münasibətlərinin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən lazımi addımlar atılır: “Azərbaycanda aptek-dərman bazarı geniş vüsət almağa başlayandan sonra bu sahədə çoxlu eybəcərliklər üzə çıxdı. Sonra dövlət onların aradan qaldırılmasına başladı. Ümumiyyətlə, bu vaxtadək dərman bazarının, o cümlədən dərman bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı çoxlu işlər görülüb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, hazırda Azərbaycanda dövlət qeydiyyatında 4563 adda dərman var və onlar dövlət reyestrinə daxil edilib.






6 Mart, 2015  16:44 Baxılıb: 583 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner