Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BTC kəməri ilə neftin nəqli artıb

2015-ci ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub.

Simsar.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-dək BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti (ötən ay ümumilikdə 602 min 066 ton) nəql olunub.

2015-ci ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.






6 Mart, 2015  15:51 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner