Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azercell”-in rominq xidmətindən məşhur modelə maliyyə sarsıntısı

Ülviyyə Həsənzadə: “Əminik ki, şirkətimiz tərəfindən haqsızlığa yol verilməyib”

Məşhur model Validə Abbasova 6 gün İtaliyada olduğu müddətdə “Azercell” şirkətinin rouminq xidmətlərindən istifadə etdiyi üçün şirkətə 1200 manat məbləğində hesab ödəməli olacaq. Lakin model hesab fakturasını aldığı vaxt heyrətlənib və Lent.az-a açıqlamasında bu məbləğə etirazını bildirib: “Azercell”in ağlasığmaz rouminq tarifləri məni şoka salıb. Bir həftə ərzində xarici ölkədə olmuşam, bu şirkət mənə 1200 manat hesab göndərib. 

Bu qədər məbləğ hətta bir həftəlik danışıq hesabından da çoxdur. Bundan başqa, hesab kağızında bu qədər vəsaitin hansı şəkildə toplanması izah olunmayıb.

Həftə boyu 200 manatlıq danışıq ağlasığmazdır, o ki qaldı göndərilən vəsait ola! Konkret olaraq belə qənaətə gəlmək olar ki, şirkət abonentləri nəzarətsiz şəkildə aldadır. Özünü Azərbaycan bazarında liderlərdən biri kimi təqdim edən şirkətin tarif hesabındakı göstəricilər, atdığı addımın dünyada analoqu yoxdur”.

Model “Azercell” şirkətinə müraciət edib və şirkətdən bildiriblər ki, bu qədər vəsaitin toplanmasında İtaliya mobil operatorunun payı var: “Şirkətin özündən mənə bildirdilər ki, 6 gün ərzində 1200 manat hesab toplanması İtaliya operatorları ilə danışığın nəticəsidir ki, burada GPRS və 3G xidmətlərindən istifadə olunub. Maraqlıdır ki, bu operatoru “Azercell” şirkəti özü tövsiyə edib və onların arasında müqavilə var.

Belə çıxır ki, “Azercell” soyğunçuluqla məşğul olan mobil operatorlar ilə əməkdaşlıq qurur? “Azercell” şirkəti öz abunəçilərinin maraqlarını qorumalı, onların büdcəsinə xeyirli vasitələrdən istifadə etməlidir. Mən əminəm ki, dünyada belə miqdar və müqavilənin analoqu yoxdur, təkcə “Azercell” abunəçiləri özlərini aldadılmış hesab edə bilərlər”.

Azərcell Telekomun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə Lent.az-a açıqlamasında Validə Abbasovanın şikayətinə etiraz edərək deyib ki, abunəçi dünən şirkətə gəlib və rəsmi müraciət edib. Şirkət tərəfindən rəsmi cavab bir həftə ərzində abunəçinin özünə açıqlanacaq: “Bizim rəsmi cavabı açıqlamaq hüququmuz yoxdur. Lakin onu deyə bilərik ki, “Azərcell” tərəfindən qanuna zidd hesablamalar həyata keçirilə bilməz. Bir həftədən sonra abunəçi özü razılıq versə, cavabı mətbuata açıqlaya bilər. Əminik ki, şirkətimiz tərəfindən haqsızlığa yol verilməyib”.






4 May, 2011  19:57 Baxılıb: 1537 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner