Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAP gənclərinin hesabat-seçki yığıncağı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) universitet üzrə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Gənclər Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclasdan əvvəl tədbir iştirakçıları universitetin foyesində qoyulan Ümummilli lider Heydər Əliyevin büstünün önünə tər-çiçəklər düzüblər. ADU İctimaiyyətlə Əlaqələr Departmanentindən Simsar.az-a verilən məlumata görə, tədbirdə ilk öncə iclasın gündəliyi təsdiq olunub.

ADU YAP Gənclər Təşkilatının sədri Nərgiz Məmmədova çıxış edərək Azərbaycanda gənclər siyasətinin inkişafı istiqamətində görülmüş işlərdən, sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərin irəliləməsi üçün yaradılmış şəraitdən danışıb. Yeni Azərbaycan Partiyasına birinci kursdan qoşulduğunu deyən N. Məmmədova ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak etdiyini deyib. O, Ümummilli lider Heydər Əliyevin həmişə gənclərə böyük etimad göstərdiyini, Azərbaycan gəncliyinə dövlətin diqqət və qayğısının hər zaman hiss olunduğunu bildirib. Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini deyən Nərgiz Məmmədova ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində gənclərin partiyada sayının günü-gündən daha da artdığını vurğuladı. Universitet üzrə YAP Gənclər Təşkilatının gördüyü işlərin hesabatını təqdim edərək N. Məmmədova bildirdi ki, 2013-cü ildə Prezident seçkilərində və 2014-cü ildə isə Bələdiyyə seçkilərində partiyamızın üzvləri seçkilərin yüksək səviyyədə keçirilməsində dəstək olub. Eyni zamanda, o, təşkilatın üzvlərinin statistikası, fəaliyyəti haqqında da məlumat verib.

Filologiya və Jurnalistika fakültəsinin tələbələri Zəkiyyə Abdullazadə vəAydın Səadətov çıxış edərək ölkənin ictimai-sosial həyatında gənclərin rolundan, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tələbələr əsası Ümumillli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirərək Prezident İlham Əliyevin ətrafında birləşərək birlikdə bir çox zirvələri fəth edəcəklərindən əminliklərini bildirdilər. Həmçinin, onlar Respublikanın vahid partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan fəxr etdiklərini bildiriblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında ölkə gənclərinin təşəbbüsü ilə keçirilən tədbirlərdən söz açıb. Gəncliyin mübarizlik olduğunu deyən M. İbrahimqızı Azərbaycan gənclərinin ölkənin bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdi. Gənclərə müraciət edərək onlar tərəfdən gələn ideyaların, təkliflərin hər zaman dəstəkləndiyini söyləyən sədr bacarıq, təşəbbüs və zəhmətsevərliyi ilə seçilən istedadlı tələbələrin inkişafı üçün ölkədə geniş imkanların olduğunu sözlərinə əlavə edib.

Daha sonra çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov və Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Azərbaycan gənclərinin sosial-ictimai həyatdakı rollarından söz açdılar, eyni zamanda universitetin qadın əməkdaşlarını və tələbə qızları “8 mart –Beynəlxalq Qadınlar günü” münasibətilə təbrik ediblər.

İclasın gündəliyinə əsasən ADU YAP Gənclər Təşkilatının sədri yenidən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Nərgiz Məmmədova seçilib.

Daha sonra səsvermə yolu ilə ADU YAP Gənclər Təşkilatına 3 nəfər sədr müavinləri, YAP GT üzvlərindən rayon konfransına 50 nəfər üzv seçildi. YAP Gənclər Təşkilatının 11 nəfərdən ibarət idarə heyəti təsdiqləndi.

İclasda, o cümlədən tələbələr YAP Nəsimi rayon Təşkilatı tərəfindən təhsildə əldə etdiyi uğurlara görə diplomlarla təltif olunub.
Tədbirin bədii hissəsində tələbələrin müstəqil iş görmə bacarığını nümayiş etdirən videoçarxlar nümayiş olunub.






6 Mart, 2015  14:32 Baxılıb: 951 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner