Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qadınların əmək bazarında iştirakı getdikcə artır - Nazirlik

Azərbaycanda qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Simsar.az-a verilən məlumata görə, cari ilin 1 mart tarixinə olan məlumata əsasən, nazirliyin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir ki, onların təqribən 47 faizi, yəni  592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.  

Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə  bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır.

Hazırda ölkəmizdə qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Başqa sözlə, təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76%-78%-ini qadınlar təşkil edib.






6 Mart, 2015  13:46 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner