Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bundan sonra "Bədən tərbiyəsi" fənni tədris olunmayacaq

“Bu gün tələbələrlə iş, xüsusilə tərbiyə işi, onların asudə vaxtlarının təşkili və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir”.

Simsar.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: “Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Ali təhsil müəssisələrində maraqlar üzrə istiqamətlər inkişaf etdirilməlidir".

Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb: "Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Әslində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".
M.Cabbarov deyib ki, missiya peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə fəaliyyətin dəstəklənməsi üçün təklifləri qəbul etməyə və dəstəkləməyə hazırdır: “Mən səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləyə bilərik”.






6 Mart, 2015  13:15 Baxılıb: 666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner