Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

2014-cü il Azərbaycan NATO əməkdaşlığı üçün uğurlu olub

NATO çərçivəsində həyata keçirilən Sülh Naminə Tərəfdaşlıq və Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı tədbirlərinin həyata keçirilməsi məqsədilə 2014-cü ildə dövlət büdcəsindən 420 500 manat məbləğində pul ayrılıb”.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabat dövründə Azərbaycan Əfqanıstana siyasi, hərbi, logistika dəstəyi ilə yanaşı, hava və quru tranziti, humanitar, mina təmizləmə, təhsil və kadr hazırlığı sahələrinə töhfə verib və  Azərbaycan hökumətinin dəstəyi ilə ANAMA qeyri-hərbi sahədə yardım çərçivəsində aktiv maarifləndirmə və təlim fəaliyyətlərini davam etdirib: “Azərbaycanın ISAF əməliyyatına verdiyi hərbi qüvvə (90 hərbçidən ibarət 1 bölük, 2 nəfər həkim və iki nəfər mühəndis-istehkamçı) töhfəsi əməliyyatların sonuna qədər xidmət edib və bu töhfənin NATO-nun yeni Qətiyyətli Dəstək missiyası üzrə də davam etdirilməsi nəzərə alınıb. Hesabat dövründə NATO ilə enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq uğurla davam edib, enerji təhlükəsizliyində ölkəmizin rolu və bu sahədə aktiv tərəfdaş olduğumuz NATO tərəfindən xüsusilə qeyd edilib”.

Hesabata əsasən 2014-cü ildə NATO ilə Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanın 20 dövlət qurumu tərəfindən 200-dən çox tədbir seçilib, dövlət orqanları tərəfindən 178 tədbirdə iştirak təmin olunub.






6 Mart, 2015  13:10 Baxılıb: 900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner