Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dram Teatrında Heydər Əliyevə həsr olunan konfrans

Tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsi təşkil edib

Bu gün Akademik Milli Dram Teatrında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı konfrans eyni adlı müsabiqənin yekunlarına həsr olunub. Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib ki, istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün hərtərəfli şərait yaratmaq məqsədi daşıyan və 2 layihə əsasında baş tutan müsabiqə məktəb, rayon və şəhər mərhələsində həyata keçirilib. 
N. Rzaquliyeva deyib ki, Azərbaycan xalqı istedadlı gənclərə malikdir: “Onların savadlı və istedadlı yetişməsi üçün ümummilli lider Heydər Əliyevin tövsiyələri nəzərə alınır. Yeni uşaq bağçalarının, məktəblərin, idman komplekslərinin tikilib istifadəyə verilməsi buna sübutdur. Gənclərin istedadlarının üzə çıxarılmasında bu cür konfrans və müsabiqələrin keçirilməsinin böyük əhəmiyyəti var, bu kimi tədbirlər davam etdiriləcək”.
Sonra müsabiqədə yer tutan şagirdlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı müsabiqədə yer tutan şagirdləri təbrik edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə ölkə prezidenti tərəfindən gənclərə göstərilən qayğıdan danışıb. O bildirib ki, müsabiqədə yer tutan hər bir şagirdə gələcəkdə bütün sahələrdə lazımi köməklik göstəriləcək. S.Mehbalıyev qeyd edib ki, müsabiqədə birinciliyə layiq görülən qaliblərə il ərzində hər ay 50 manat məbləğində təqaüd veriləcək. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, hazırda ölkədə təhsilə xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda müəllimlərə, eləcə də səhiyyə işçilərinə dövlət qulluqçusu statusu veriləcək.






4 May, 2011  19:32 Baxılıb: 1272 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner