Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mikayıl Cabbarov təhsildəki problemlərdən DANIŞDI

“Son illər ərzində ali təhsil müəssisələri qarşısında duran yeni çağırışlar əmək bazarının tələbatını duymaq ehtiyacı yaradıb. Planlı iqtisadiyyatın tələblərini ödəmək üçün bu gün ali təhsil müəssisələri iki həlledici islahat aparılmalıdır. Bunlar Boloniya prosesinin tələblərinin tətbiqi və dövlətlə ali təhsil müəssisələri arasında olan münasibətlərin təbiətinin dəyişdirilməsidir”.
Simsar.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxışında deyib.

Nazir qeyd edib ki, bu gün dövlətlə universitet arasında iqtisadi münasibətlər yalnız dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqlarının ödənilməsi ilə məhdudlaşır: “Bu,  universitetlər qarşısında yeni gəlir mənbəyi yaratmaq kimi çağırışları ortaya qoyur. Bunu da qəbul etməliyik ki, universitet müəlliminin maddi təminatı yaxşı olmadıqda beyin axını ilə yenidən üzləşə bilərik. Әn yaxşı halda isə onların ali təhsil müəssisələrində öz iş yerini əsas deyil, əlavə iş yeri kimi saxlamaq, yaxud daxili tələbatının ödənilməsi üçün - auditoriyaya daxil olmaq istəyi olacaq. Bunun da mənfi fəsadları müxtəlifdir".

M. Cabbarov əlavə edib ki, ali təhsil müəssisələrinin idarə edilməsinin keyfiyyətinin yüksəldilməsində birlikdə iştirak edilməlidir. Onun fikrincə, bu, yalnız universitet rəhbərinin deyil, bütün kafedra müdirlərinin, professorların, hər bir əməkdaşın işidir. Təkcə əmrlə Boloniya prosesinə keçidin mümkün olmadığını deyən təhsil naziri vurğulayıb ki, əmrlə Boloniya prosesi, yaxud hansısa akademik proqramın islahatı tətbiq oluna bilməz: "Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Boloniya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Boloniya prosesi bizdən bunu tələb edib. Ötən il bir çox ixtisaslar üzrə akademik yük azaldılıb. Çünki Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbələrin akademik yükündən təxminən 30 faiz çoxdur. Tələbənin il ərzində tədris proqramını mənimsəmə imkanı da akademik yüklənmənin həcminə bağlıdır. Bu mövzularda bir çox hallarda ağrılı və qəti qərarlar tələb olunur. Bu qərarlar da müzakirə olunmalıdır. Lazımsız yüklənmə, süni ixtisarların, istiqamətlərin artımı kimi ağrılı mövzular müzakirə edilməlidir. Hamı sehrli açar axtarır ki, biz o bir səbəbi axtaraq, onu aradan qaldıraq və düşünülür ki, bundan sonra bütün işlər gözəl olacaq. Ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsinə çalışaq. Biz Təhsil Nazirliyi olaraq o ali təhsil müəssisələrində, kollektivlərdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görəcəyik, ona dəstək də veriləcək. Mürəkkəb qərarlar dedikdə isə heç də nəzərdə tutmuruq ki, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Əsla, biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidirlər".






6 Mart, 2015  12:53 Baxılıb: 843 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner