Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2014-cü ildə işğal altındakı Azərbaycan torpaqlarına bir sıra səfərlərin qarşısı alınıb

“Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlərin, xarici ölkə vətəndaşlarının işğal edilmiş ərazilərə səfərlərinin qarşısının alınması istiqamətində il ərzində davamlı tədbirlər görülüb, müvafiq notalar hazırlanaraq müvafiq ölkələrin Xarici İşlər nazirliklərinə göndərilib”.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabat dövründə “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə məşğul olan xarici şirkət və qurumların siyahısı”nın təkmilləşdirilməsi və bu ərazilərə səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısının tərtib edilməsi istiqamətində lazımi işlər görülüb: “Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə turizm potensialının təşviqi və bu ərazilərin turizm marşrutu kimi təbliği cəhdlərinin qarşısının alınması məqsədi ilə “Münaqişə zonalarının turizm baxımından təbliği  və turizmin qanunsuz istifadəsinin qarşısının alınması” adlı qətnamə layihəsinin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının gündəliyinə salınması və irəlilədilməsi məqsədilə izahedici qeyd hazırlanaraq zəruri tədbirlər görülüb”.

Hesabata əsasən il ərzində Ermənistanda daxili ictimai siyasi vəziyyət və xarici əlaqələri izlənilib, Ermənistanın “Avrasiya İqtisadi Birliyi" və “Gömrük İttifaqı”na üzvlüyü kontekstində Azərbaycanın maraqlarının nəzərə alınması üçün qeyd edilən təşkilatların üzvləri ilə işlər aparılıb.






6 Mart, 2015  12:29 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner