Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ötən ay 1500-dən çox əmək qanunvericiliyi pozulub

Bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 1504 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.
Nazirlikdən Simsar.az-a verilən məlumata görə, belə halların əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verdiyi müəyyən edilib. Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub.
Cərimələrin 35,1 %-i, yəni 109412 manatı dövlət büdcəsinə ödənilib. Nəticə etibarilə ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması müəyyən müddət tələb edən digər pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilməklə icrası nəzarətə götürülüb.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının təmin olunması, o cümlədən işçilərin əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılmasına xidmət edir.






6 Mart, 2015  10:59 Baxılıb: 638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner