Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İki idmançımız zirvədə

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Simsar.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı daxil edilib.
Ötən ay keçirilən Dünya kuboku yarışında yeni bir tarix yazan yunan-Roma güləşçilərimiz reytinq sıralamasında da nəzərəçarpacaq uğura imza atıb. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı nəticələrinə görə, fevral ayının reytinq sıralamasında birinci olublar. Məlumat üçün bildirək ki, Rafiq Hüseynov Dünya kubokunda keçirdiyi 4 görüşdən hamısını qələbə ilə başa vurub. Finalda isə, ötən ilin dünya çempionatının gümüş mükfataçısı Yevgeni Saleyevi üstələyib. Rəsul Çunayev isə, Dünya Kubokunda keçirdiyi 3 görüşü qələbə ilə başa vurib, finalda Dünya çempionu Çingiz Labazanovu üstələyib.
Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibi (85 kq) və Dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev (75 kq) mövqelərini qoruyub. Onlar müvafiq olaraq siyahıda 2-ci və 5-ci yerdədir. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, Dünya Kuboku yarışındakı göstəricilərinə görə 2 pillə irəliləyərək 5-ci sırada qərarlaşıb. Dünya Kuboku yarışındakı uğurlu çıxışı İslam Abbasovun (85 kq) 13-cü pillədən 8-ə yüksəlməsi ilə nəticələnib.
59 kq
13. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (16)
66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (7)
13. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)
71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (3)
75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer
85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
8. İslam Abbasov - DK 1-ci yer (13)
98 kq
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)
130 kq
17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (16)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.






6 Mart, 2015  10:51 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner