Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür

Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 60-ci ili dönümüdür.

Simsar.az-ın məlumatına görə, Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradıb.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edib. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getmək məcburiyyətində qalıb. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.
1917-ci ildə fevral burjua inqilabı baş verib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qezetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayıb. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində, hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut edib. AXC-nin qurucuları Azərbaycanı tərk etməli olublar. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida edib. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.

Hüseyn İbadlı






6 Mart, 2015  09:00 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner