Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Abdul Xalid "Can yoldaşım"ı onlar üçün oxuyacaq - VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, tanınmış estrada müğənnisi Abdul Xalid 15 mart saat 15:00-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının səhnəsində məcburi köçkün və şəhid ailələri üçün QARABAĞIM şüarı altında xeyriyyə konserti ilə çıxış edəcək.

Bu barədə müğənni martın 5-i Trend BİA-nın mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib.

Sevincini paylaşan dostlarına həm də "Doğum günü" mahnısına çəkdirdiyi klipini və 7 il yolunu gözlədiyi "Can yoldaşım" adlı albomunu təqdim edən Abdul Xalidə əsas dəstək tanınmış teleaparıcı Samir Bayramlı ilə maraqlı layihələri ilə şou-gündəmində yeniliklər edən jurnalist və PR Menecer Şahin Cavadsoydan gəlib.

Sözləri Mələk Xəlilə, musiqisi Bəbir & Ülviyyə Bəbirlilərə məxsus olan mahnının klipi qrafika üslubunda ekranlaşdırılıb. 16 mahnının yer aldığı albom isə Xalidin dinləyicilərinə hədiyyə etdiyi ilk musiqi toplusudur.

Yaradıcılığındakı yenilikləri ilə gündəmə gəlmiş müğənni ürək sözlərini məmnunluqla oxucularımızla bölüşdü:

"Şahin Cavadsoyun ideyası belə oldu ki, "Can yoldaşım" albomunda yer alan mahnıları ilk olaraq məcburi köçkün və şəhid ailələrinin üzvləri üçün oxuyum.

Novruz bayramı günlərində belə bir xeyirxah missiyanı reallaşdırmaq mənim də ürəyimcə oldu.

Əlbəttə ki, ən böyük minnətdarlığım Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinin ünvanınadır. Bu istəyimizi reallaşdırmaqdan ötrü bizə təmənnasız yardım etdilər. Sözügedən idarənin baş prodüseri Nərminə Qafarlıya da var ol deyirəm.Təşkilatı işlərdə bizə məhz bu xanım yaxından köməklik edir.

Girişin pulsuz olacağı tədbirə sənətçi dostlarım da dəvət olunublar. İnşAllah konsertimizə Samir Bayramlı aparıcılıq edəcək. Xoş sözlərimi yanımda olan güclü komandama təşəkkür etməklə bitirirəm. Yaxşı ki, yanımda etibarlı və işini peşəkarcasına bacaran insanlar var".

Simsar.az-ın informasiya dəstəyi verdiyi konsertdə başqa sürprizlərin olacağı qaçılmazdır.

Sonda Abdul Xalidin real hitə namizəd olan "Doğum günü" mahnısına çəkdirdiyi klipinin linkini oxucularımız üçün yayımlayırıq.

Kəmalə Amirova Simsar.Az

Foto : Cavid Səfərov






5 Mart, 2015  23:36 Baxılıb: 3074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner