Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rusiya XİN-dən Qarabağla bağlı ŞƏRH

Martın 5-də Rusiya Xarici İşlər Nazirliyində növbəti brifinq keçirilib.

Simsar.az AzərTac-a istinadən xəbər verir ki, RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən danışıb:

“Vəziyyət qeyri-sabit olaraq qalır. İlin əvvəlindən müşahidə olunan gərginlikdən sonra, fevralın ikinci yarısında bir qədər sakitlik yaranmışdı. Tərəflərin nümayəndələri fevralın 20-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin qrupu tərəfindən keçirilmiş monitorinqdə bu faktı etiraf etmişlər. Lakin martın ilk günlərində alınmış son məlumatlar atəşkəs rejiminin pozulması hallarının yenidən kəskinləşməsinə dəlalət edir. Təəssüf ki, həlak olanlar da var”.

A.Lukaşeviç qeyd edib ki, martın 4-də A.Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi vurğulayıb: “Müvafiq məruzə hazırlanacaq. Güman edirəm ki, vəziyyət barədə daha ətraflı məlumatları ATƏT-in monitorlarından almaq mümkün olacaq”.

Rusiya XİN nümayəndəsi münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərə yol verməməyə, 2014-cü il avqustun 10-da Soçidə keçirilmiş sammitdə bəyan edildiyi kimi, münaqişənin dinc yolla tənzimlənməsinə çalışmağa çağırıb.






5 Mart, 2015  20:53 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner