Quba şəhərində, Məmməd Əmin Rəsulzadə küçəsi 84 ünvanında, Yeganə Cəfərovaya məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar kostruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanıb.
Axar.az xəbər verir ki, hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğın elektrik xətlətindəki qısaqapanmadan meydana gəlib.
Hazırda faktla bağlı araşdırma aparılır.