Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər “SABAH” qruplarında

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “SABAH” qruplarında press-tur keçirilib. Jurnalistlər “SABAH” qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər. Simsar.az xəbər verir ki, Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev jurnalistlərə layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir. “SABAH” qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin komissiyasından keçiblər. Tədris planları elə qurulub ki,  burada intensiv ingilis dili tədris olunmaqla yanaşı xarici ölkələrdən gələn müəllimlər də müvəffəqiyyətlə tədris edirlər.Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.
ADİU-nun “SABAH” qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə “SABAH” qrupları üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkili edilir. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Aysel






5 Mart, 2015  17:09 Baxılıb: 1383 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner