Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pərvanə Mirzəyeva : "Hamiləlik zamanı dişlərin müalicəsi dölə zərər vermir"

Dişin müalicəsi hələ qədim misirlilər tərəfindən aparılıb. Ancaq müasir dövrdə dişin ağrıyır çək qurtar, qonşun pisdi köç qurtar, prinsipini əldə bayraq edənlər də az deyil. Müsahibim stomotoloq Pərvanə Mirzəyevanın sözlərinə görə, bir çox hallarda dişlər tamamilə yararsız hala düşdükdən sonra həkimə müraciət edilir. Etinasızlıq sonda ciddi fəsadlarla nəticələnir. Həkim sohbət zamanı dişlərin müalicəsi və müayinəsində müasir metodlardan da bəhs edib:

-    Dişdəki hansı problemlərlə bağlı sizə daha çox müraciət edirlər?

-    Dişlərin ağardılmasi prosesinə indiki dövrdə təlabat çoxdur. Proses müxtəlif üsullarla aparılır -ZOOM lazer aparatı, müxtəlif ağardıcı qellər.. Bu üsullar individual dişlərə nəzərən baxib təyin edilir. Klinikamızda hər növ streliziyasi üsullarından istifadə olunur. Aparılan hər hansı cərrahi müdaxilədən öncə qanda ekspress kart-test vasitəsilə Hepatit B,C infeksiyalari yoxlanilir. Xəstəliklər isə müxtəlifdir. Daha çox müşahidə olunan isə diş əti xəstəlikləridir. Çünki insanlar diş əti xəstəliklərinə önəm vermirlər. Halbuki adi diş əti qanaması böyük fəsadlar verə bilər. Diş əti xəstəliklərinin etiologiyası tam dəqiq deyil. Burada gigiyena məsələsi, sinir sistemi, həzm orqanları və endokrin sistemi faktorları özünü göstərir. Diş əti ilə yanaşı paradont toxuması xəstəlikləri də mövcuddur. Gingivit, paradontoz, paradantit və s. xəstəliklərinin bir seans müalicəsi mümkün deyil. Hətta bəzi hallarda xəstəlik tam şəkildə müalicə edilmir. Diş əti qaçır, dişlər laxlayır. Bu zaman tam müalicədən söhbət getmir, sadəcə qaçma prosesi ləngidilir.

-    Dişlərin bərpası üçün körpü üsulundan istifadə edilir. Bu üsul nə qədər etibarlıdır?


-    Çıxmayan körpüyəbənzər protezlərin çıxmasının bir çox səbəbləri var. Ola bilsin körpünün hazırlanmasında istifadə edilən sement sovrulanda, dişlər düzgün yonulmadıqda körpü düşür. Onun hazırlanması xeyli diqqət tələb edir. Amma ümumi götürdükdə çalışmaq lazımdır ki, dişlərin müalicəsi vaxtı vaxtında aparılsın. Çünki heç bir protez ana dişləri əvəz edə bilmir.



-    Dişə qulluq fırçalanmadan başlayır. Dişlərin gün ərzində dəfələrlə fırçalanması sağlamlıq yoxsa xəstəlikdir?

-    Hər şeyin çoxu ziyandır, eləcə də diş fırçalanmasının. Dişlər gün ərzində iki dəfə fırçalanmalıdır: səhər yeməyindən sonra və axşam yatmazdan öncə. Fırça nə sərt, nə də yumşaq olmalıdır. İki növ pastadan istifadə olunmalıdır. Pastaların biri kalsium tərkibli seçilməlidir. Kalsium dişlərin təmizlənməsinə, möhkəmlənməsinə və ağardılmasına kömək edir. Digər pastanın tərkibi isə diş ətinin mühafizəsini əsas götürməlidir.

-    Estetik dişlər son dövrün dəbi halına çevrilib. Onun istifadəsi nə zaman məsləhət görülür?


-    Dişlərdə ləkə, əyrilik varsa biz onu estetik qapaqlarla bərpa edirik. Bu vizual baxımdan çox gözəl görünür. Ancaq digər tərəfdən onu demək lazımdır ki, dişlər sağlamdırsa onun üzərində bu cür əməliyyatların aparılması məqbul sayılmır. Kabinet şəraitində ağardılma və müntəzəm qulluq daha çox məsləhətlidir. Sağlam dişləri yonub onu qapaq altına qoymaq məsləhət deyil. Mən xəstələrimə də bu barədə tövsiyyələr verirəm.

-    Dişlərin ağardılması üst təbəqə olan mina qatına zərə verirmi?

-    Dişlərin ağardılması heç də onun mina qatını zədələmir. Proses düzgün aparılmadıqda təbii ki, problemlər də yaranır. Dişlər ağardıldıqdan ən azı iki gün öncə ftor-lak çəkilir. Ağardılma prosesindən sonra da ftor-lak istifadə olunur. Ftor-lak tərkibi flour tərkibli məhluldu. Bu dişə çəkildiyi zaman ikincili mina qatı əmələ gətirir. Bu da mina dişi zədələnmədən qoruyur.

-    Ağız qoxusunun səbəbləri nədir?

-    Ağız qoxusu daha çox diş əti xəstəliklərindən qaynaqlanır. Daxili orqanlardakı problemlər  də ağızda pis qoxunun yaranmasına səbəb olur. Qoxunun müxtəlifliyinə görə onun diş əti iltihabı ilə əlaqəli olub olmamasını müəyyən etmək olur. Diş ətində problem varsa diş ətinin kürtajı aparılır. Kürtaj iltihablı qanın diş ətindən xüsusi alət vasitəsilə təmizlənməsidir. Bu təmizlənmə tamamilə başa çatmamış ora hər hansı müalicəni etmək mümkün deyil. Bu müəyyən müddət qoxunu aradan qaldırır. Qoxuya qarşı ağız yaxalayıcıları var. Lakin ondan aşırı dərəcədə istifadə etmək düzgün deyil. Çünki yaxalayıcıların spesifik qoxusu ağızda qalır. Bu da ağızdan xoş olmayan digər qoxunun gəlməsinə səbəb olur. Ağız yaxalayıcıları gündə bir dəfə və ya həftədə 3 dəfə istifadə olunması məsləhətdir.

-    Qapaqlar qoyulduqdan sonra da agızda qoxu meydana gəlir?

-    Qapaqlar qoyularkən diş ətinə düzgün yerləşdirilməlidir. Yerləşdirilmədikdə bu cür problemlər yaranır. Digər tərəfdən isə burada yaş və orqanizmin də xüsusi əhəmiyyəti var. İnsanın indiki orqanizmi ilə 5 il sonrakı orqanizmi fərqlənir. Eləcə də diş əti. İllər ötdükcə diş ətinin ölçüsündə fərqlər yaranır . Diş ətinin qapaq daxilində kiçilməsi müşahidə olunur. Və qida qalıqları həmin araya dolur. Müəyyən müddətdən sonra orada çürümə və ya iltihab yaranır. Adətən həmin qapaqlar 7-8 ildən bir dəyişilməlidir.



-    Bir cox hallarda qoxunu aradan qaldırmaq məqsədilə istifadə olunan saqqızın dişlər üçün xeyirli və zərərli tərəfləri hansılardır?


-    Saqqızdan çox istifadə də zərərlidir. Saqqız qida qəbulundan sonra 15-20 dəqiqəlik müddətdə çeynənilməlidir. Bu müddət uzandıqda mədədə problemlərin yaranmasına səbəb olur. Deyərdim ki, diş çöpü də dişlər üçün zərərlidir. Natəmiz şəraitdə hazırlanan bu çöpləri diş ətinin arasına salırlar. Və həmin nahiyədə mikrob yuvası formalaşır. Bi rmüddət sonra isə daha ciddi problemlər müşahidə olunur. Diş çöpü əvəzinə diş sapından istifadə daha məqsədə uyğundur. Həmin saplar gigiyenik şəraitdə hazırlandığı üçün diş və diş ətinə zərər vermir.

-    Kariyes yoluxucu xəstəlikdirmi?

-    Kariyes genetik və ya qida amillərlə bağlıdı. Bəzi hallarda onun yoluxucu olduğu deyilir. Ancaq kariyes yaradan amillər tam olaraq müəyyən olunmayıb.

-    Estetik dişlərə daha çox tələbat var. Həmin dişlərin keyfiyyəti görünüşündən geri qalmır ki?

-    Laminat vinirlər son dərəcə yuksək keyfiyyətə malikdirlər. Dişlərə minimal mudaxilə olunaraq hazırlanan estetik , incə, şəffaf və eyni zamanda möhkəm keramik yarpaqlardır. Ön  dişlərdə istifadə olunur. Dişlərin ön səthini örtür. Tək-tək dişlərrə qoyulur, dişlərin üzərinə yapişan yarpaq keramik yarpaqlardır. Ortalama 0.3-0.7 mm qalınlığında diş toxumasından yonulur. Vinirlər istənilən rəngdə və formada hazırlanır. Dişin üzərinə mükəmməl uyğunluq və incəliklə hazırlanıb yerləşdirilir. Vinirlərdən demək olar ki hər kəs yararlana bilər. Lakin çənə anomaliyaları dırnaqyemə, qələm dişləmə və s kimi pis vərdişləri olan , bundan əlavə diş əti xəstəliyi olan hallarda istifadə oluna bilməz. Proses çox asan ağrısız aparılır. 1 həftə ərzində hazırlanır. Vinirlər qulluq tələb edir. Sərt qidaları dişləməkdən uzaq olmaq lazımdır. Ləkələnmə ve aşılanmağa çox davamlıdır.

-    Texnikanın bu qədər inkişafı çıxa bilən protezlərə tələbatı azaltmayıb ki?

-    Damaqda ümumiyyətlə diş olmadıqda yumşaq və ya bərk protezlərdən istifadə olunur. Artıq protez düzəldilməsi də təkmilləşdirilib. Protezdən imtina edən xəstələrə isə implant təklif olunur. Adi diş çıxarılarkən vurulan anesteziya iynəsi implant zamanı da vurulur. Və dişlər damağa bərkidilir. Əməliyyat prosesinin müddəti isə individualdır. Ortaq rəqəm kimi deyə bilərəm ki, əməliyyat zamanı 1 implantın qoyulması üçün 20-25 dəqiqə vaxt tələb olunur.

-    İmplantın zərərləri varmı?

-    Bu el arasında yayılan və düzgün olmayan informasiyadır. Bəzən implantın xərçəng xəstəliyi, qana mikrob yaratmasından ehtiyatlanırlar. Bu əməliyyat metodu 80-ci illərdən tətbiq olunur. Heç bir fəsadı müşahidə olunmayıb. İmplant o zaman fəsad verə bilər ki, onun əməliyyatı gigiyenik şəraitdə aparılmasın. Qeyri steril şəraitdə hazırlandıqda xəstədə yüksək hərarət müşahidə olunur. İmplant isə damaqda qalmır, düşür. Onu əkdikdən sonra damağın dişi qəbul edib etməməsi 3 ay ərzində müşahidə olunur. Bu müddətdə dişlər düşmədisə deməli əməliyyat uğurlu alınıb.  İmplantın davamlılıq müddəti isə 10 il və daha çoxdur. Həkim bu barədə xəstəyə xəbərdarlıq edir.

-    Bir vaxtlar əksər insanların ön dişlərindən heç olmasa birində qızıl görmək mümkün idi. İndi necə, qızıl dişə tələbat varmı?

-    Qızıl yeganə metaldır ki, insan orqanizminə müsbət təsir göstərir. Titan isə əksinə həm ucuz, həm ziyanlı, həm də keyfiyyətsizdir. Bu dəqiqə Amerikada qızıl dişə çox tələbat var. Sadəcə olaraq onu düzəldə biləcək mütəxəssislər yoxdur. Hətta bir mütəxəssis sadəcə dişin üzlüyünü qızıl suyuna salaraq xəstələri aldatdıqlarını etiraf edir. Qızıl dişlərdən dişin siniri çıxarılmadığı halda da istifadə etmək mümkündür. Sadəcə olaraq estetik görünüş baxımından üstünlük verilmir. Arxa dişlərdə isə daha məqsədəuyğundur. Metal keramikada dişlər daha çox yonulur, ancaq qızıl dişlərdə belə deyil.

-    Müalicə zamanı istifadə olunan plombların davamlılığı nədən aslıdır?

-    Qiyməti 30 manatdan başlayaraq 400 manata qədər plomblar var. Ancaq qiymət qədər qidanın çeynənməsinin, ağız boşluğunun plombun üzünömürlülüyünə təsiri var. Plomblarda rəng almaq üçün bir neçə növ araqat qoyulur. Şəffaflıq və rəngi almaq üçün bir neçə mərhələdən keçirik. 

-    Hamiləlik müddətində diş və diş ətində müəyyən problemlər olur. Ancaq qadınlar həkimə müraciət etməkdən və dərmanlardan ehtiyat edirlər. Ümumiyyətlə hamiləlikdə dişin müalicəsi ana və körpə üçün hər hansı risk amili daşıyırmı?


-    Hamilə qadınların orqanizimində müxtəlif dəyişikliklər baş verir. Bunlardan biri sümük sistemində olan dəyişikliklərdir. Ən çox dişlərdə bu özünü biruzə verir. Ilk 3 ayda yaxşı olar ki, diş həkiminə müraciət edilməsin. Həmin dövr riskli dövr hesab olunur. Dişlərin müalicəsinin ya hamiləlikdən əvvəl ya da 3 ay sonra aparılması daha məqsəduyğundur. Ağrı şiddətli hal aldıqda isə müdaxilə qaçılmaz olur. Bəzən hamilə qadınlar dişdə kəskin ağrılar olduqda belə qətiyyətlə həkimə müraciət etmirlər. Fikirləşirlər ki ağiz boşluğunda aparılan hər hansı bir müalicə prosesi dölə əks təsir göstərə bilər.  Lakin təbabətin inkişafı məhz biz stomatoloqlara imkan verir ki, hamiləliyin istənilən dövüundə ağız boşluğunda müalicə prosesini aparaq. Xüsusi anestetikler vasitəsilə istənilən proseduru apara bilirik. Bu dölə heç bir zərər vermir. Bundan əlavə hamilələr üçün fluorlaşma profilaktik prosesi aparılır ki bu da kariesin dişlərin həssasliğın qarşısını alır. Dişlərə ftor-laklar çəkilir. Bu da dişlərdə kariesi sızıntıları aradan qaldırır.

-    Müayinə və müalicələrdə gigiyena necə qorunur?

-    Klinikada müasir texnikanın verdiyi imkanlar sayəsində gigiyenik qaydalara tam riayət olunur. Mən yanıma gələn heç bir xəstənin analizinə baxmamış onu qəbul etmirəm. Hər bir xəstə potensial yoluxucu xəstəlik daşıyıcısıdır. Bizim klinikamızda ola bilməz ki hansısa bir virusa yoluxma faktı qeyd olunsun. Xəstə pulsuz şəkildə qan analizindən keçir. Analiz təmiz olarsa belə ehtiyatı əldən vermək olmaz. Çünki təzə yoluxmuş xəstələrdə virusun qanda çıxması 6 ay sonra müşahidə olunur. Analizin nəticəsi qanda virus olduğunu göstərirsə bu zaman o xəstə xüsusi alətlərlə müayinə və müalicə olunur.
Bizdə xəstənin komfortu üçün hər bir şərait mövcuddur.

Stomotoloq Pərvanə Mirzəyevanın əlaqə nömrəsi: +99450 285 91 91

Ulviyyə Cövdətqızı

 

 

 

 

 

 






5 Mart, 2015  15:51 Baxılıb: 7309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner