Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏBÜLFƏZ QARAYEV JERAR DEPARDYE İLƏ İŞ BİRLİYİNDƏN DANIŞDI

Müxtəlif ölkələrin pavilyonlarının sırasında Azərbaycanın pavilyonu da qurulacaq

Bu il ilk dəfə olaraq Azərbaycan Kann film festivalında xüsusi pavilyonla təmsil olunacaq. Simsar.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Mayın 11-dən 16-na qədər Fransanın Kann şəhərində keçiriləcək festivalda iştirak edəcəyini söyləyən nazir, ötənilki festivalda Azərbaycanın sadəcə reklam xarakterli lövhələrin vurulmasına nail ola bildiyini xatırladıb: “Bu il isə müxtəlif ölkələrin pavilyonlarının sırasında Azərbaycanın pavilyonu da qurulacaq. Mayın 14-də Kann festivalı çərçivəsində Azərbaycan pavilyonunun təqdimatı keçiriləcək. Orada son illər ölkədə çəkilən filmlərin, reklam materiallarının təqdim olunması nəzərdə tutulur”. 

Ə. Qarayev bəyan edib ki, festival çərçivəsində Fransanın tanınmış kino xadimləri ilə görüşləri olacaq: “Bu yaxınlarda Azərbaycanda səfərdə olan Jerar Depardye ilə yeni filmlərin çəkilişi ilə bağlı danışıqlar aparılacaq və müqavilələr imzalanaq. Bu, bizim ilk təqdimatımızdır. Bu addımdan sonra Azərbaycan filmlərinin Kann festivalının proqramına daxil edilməsi üçün lazımi işlər görülməlidir. Bizim siyasətimiz ondan ibarətdir ki, tədricən Azərbaycan kinosunu tanıdaq”.






4 May, 2011  17:49 Baxılıb: 1352 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner