Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İran rəsmisi Bakıda regionla bağlı ciddi açıqlama verdi

“Xəzərin hüquqi statusunun müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunub”.

APA-nın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, iki gündür Bakıda işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunub: “20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Xəzər dənizi ölkələri arasında qarşılıqlı etimad və sabitlik mühitinin mövcudluğunun Xəzər hövzəsində məsələlərin danışıqlar yolu həllinə imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, Xəzər dənizi Xəzəryanı ölkələrin mənafeyinə, maddi və sosial rifahının yüksəlməsinə xidmət edir: “Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qruplarının görüşlərini davam etdirəcəyik”.






5 Mart, 2015  14:54 Baxılıb: 713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner