Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İntihar etmək istəyən şəxs danışdı

Bu gün Bakıdakı ticarət mərkəzlərindən birinin damına 34 yaşlı şəxs çıxaraq özünü atmaq istəyib.

Əraziyə çatdıqda fövqəladə hallar nazirliyinin əməkdaşları artıq xilasetmə döşəyini açmışdılar. Hadisə yerinə xeyli sayda polis əməkdaşları da cəlb olunmuşdu. Bir müddət sonra Abbasov Kənan Fazil oğlunu intihar etməkdən daşındırmaq istəyən bacısı ona yaxınlaşa bildi. Və xilasetmə qrupunun müdaxiləsilə onu damdan düşürmək mümkün oldu.

Saxlanılan Kənan Abbasov Nizami rayon 24-cü polis bölməsinə aparıldı. Dindirilmədən sonra isə tibbi ekspertizaya aparıldı. Qeyd edim ki, həmin şəxs damın üzərində olarkən əlində bıçaq var imiş və özünə xəsarətlər yetirib. Tibbi baxışdan sonra Kənan Abbasov bu adımının səbəbləri açıqladı. O, məhkumluq həyatı yaşayan qardaşı ilə bağlı tələbləri olduğunu və elə buna görə həyatına qəsd etmək istədiyini dedi. Problemlərin həll olunmaması isə bir müddət əvvəl digər ailə üzvlərinidə eyni əmələ sövq edib.

“Mənim anam bir müddət əvvəl haqq səsinin eşidilməsi məqsədilə Koroğlu körpüsü üzərinə çıxaraq intihara cəhd edib. Amma bunun da bir xeyri olmayıb”, – deyə Kənan Abbasov bildirib.

Hər halda intihar problemin həlli deyil. Ona görə də müvafiq qurumlara müraciət edərək onların həllinə çalışmaq lazımdır.

Ans TV






4 Mart, 2015  23:39 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner