Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Müqəddəs Sofiya kilsəsində

Prezident İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

Simsar.az-ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib.

Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazdı.






4 Mart, 2015  22:44 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner