Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Postsovet ölkələrinin reytinq sıralamasında 8-ci oldu

"AVDATA/JetNet" konsaltinq agentliyi bütün dünyada istismar olunan biznes təyyarələrin (reaktiv və turbovint mühərrikli) sayı haqqında illik hesabatını açıqlayıb. Təhlil zamanı agentliyin mütəxəssisləri əsas kimi milli reyestrə daxil edilmiş biznes-cetlərə dair məlumatları nəzərə alıblar.

Demək olar ki, bütün iri ölkələrdə (Rusiya istisna olmaqla) təyyarələrin ya ofşor reyestrlərə, ya da digər dövlətlərin reyestrində qeydiyyata alınma pratikası müşahidə edilir. Hesabat biznes-cet və VİP variantlara dəyişdirilmiş təyyarələr üzrə məlumatlar əsasında hazırlanıb.

Rusiya milli aviasiyasının qeydiyyatına daxil edilmiş biznes-cetlərin (trubovint təyyarələr daxil olmaqla) sayı mütəmadi olaraq 200 ədədə çatır. Bu göstəricilər üzrə birincilik 660 təyyarə ilə (434/226) Almaniyaya məxsusdur. Daha sonra 543 təyyarə ilə (364/179) Böyük Britanya, Fransa – 410 (219/191), İsveçrə – 275 (187/88), Аvstriya – 239 (210/29), İtaliya – 197 (123,74) və Rusiya (132/54) gəlir. Onluğu İspaniya – 160 (118/42), Portuqaliya – 135 (131/4) və Lüksemburq – 94 (56/38) tamamlayır.

Postsovet məkanında (Rusiya istisna olmaqla) liderlik Ukraynadadır – 44 təyyarə (38/6). Onun ardınca Qazaxıstan 33 təyyarə (26/7), Estoniya – 20 (12/8), Latviya – 10 (9/1), Litva – 9 (9/0), Аzərbaycan – 8 (8/0), Ermənistan – 3 (1/2) Qırğızıstan – 3 (1/2), Тürkmənistan – 3 (3/0), Özbəkistan – 1 (1/0)  gəlir. Tacikistanda biznes təyyarələr qeydə alınmayıb.

Xatırladaq ki, bu reytinqə ancaq milli aviaqeydiyyata daxil edilmiş hava gəmiləri daxildir.






4 Mart, 2015  20:46 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner