Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Velosipedçimiz olimpiada üçün lisenziya xalları qazandı

Azərbaycanın şose velosipedi üzrə Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "Umag Trophy" yürüşündə uğurla çıxış edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, o, 161 km məsafəni 3 saat, 25 dəqiqə, 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub. Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 km-i xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Xoşbəxtlikdən Maksim bütün bu toqquşmalardan qaça bilib və finişi 10 nəfərdən ibarət pelotunun işərisində keçib. Fotofinişə əsasən, velosipedçimiz yekun sıralanmada 2-ci olub.

Bu isə M.Averinə Rio-2016 Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib. Xatırladaq ki, idmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış - "İzola" Qran-Prisində 5-ci olmaqla 10 xal qazanmışdı.






4 Mart, 2015  20:30 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner