Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mədəniyyət və Turizm Nazirliyi “İTB Berlin 2015” sərgisinə qatılıb

Mədəniyyət və Turizm Nazirliyinin Berlində təmsil olunduğu “İTB Berlin 2015” beynəlxalq turizm sərgisi işinə başlayıb.

Martın 4-8 tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət heyət təmsil olunur.  Sərgidə, həmçinin, Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti (SW travel, Millennium Tourism and Congress, Improtex travel, ENC Tours, Delta Group, Turizm.az, The Tour, Regea travel, Meridian travel, Al travel, Geo-travel, Atropatena travel, Gilan Tourism) və 3 mehmanxana (Rigs hotel, Kempinski hotel Badamdar, Qafqaz hotels and resorts) iştirak edir.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Eyni zamanda bu il 05 mart tarixində Azərbaycanın milli stendində "Happy hours" tədbiri keçiriləcək. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və KİV nümayəndəsinə Azərbaycanın turizm potensialına dair təqdimat keçiriləcək, biznes (B2B) görüşləri təşkil olunacaq.

Azərbaycanın turizm potensialının sərgi ərəfəsində Almaniya turizm bazarında təbliğ olunması məqsədilə Almaniyanın 4 şəhərində reklam kampaniyaları keçirilir. Belə ki, fevral ayının 23-dən etibarən Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycanın turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilmişdir. Həmçinin 02 mart tarixindən başlayaraq Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklam yerləşdirilmişdir, kampaniya 16 mart tarixinədək davam edəcəkdir.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən hər il "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir.

Simsar.az






4 Mart, 2015  20:13 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner