Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avropa Oyunlarının bileti satışa çıxır

Bakıda keçiriləcək I Avropa Oyunlarının biletləri satışa çıxarılır. Apasport.az saytının məlumatına görə, böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq.

Bu rəqəm yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq dəyişəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.

Lakin Heydər Əliyev adına idman arenasında və Milli Gimnastika arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq.

Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.

Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bilet siyasətinin bu gün açıqlanması çox qürurvericidi: “Bunun sayəsində biz Avropa Oyunları yarışları təcrübəsini ailələr də daxil olmaqla daha geniş auditoriyalarla paylaşa biləcəyik”.






4 Mart, 2015  16:35 Baxılıb: 815 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner