Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azay Quliyev Andro Şilakadze ilə görüşüb

Millət vəkili Azay Quliyev Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze ilə görüşüb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze və Fondun Uşaqların Müdafiəsi proqramının rəhbəri Ramiz Behbudovla görüş keçirilib. Nümayəndəliyin rəhbəri Andro Şilakadze Fondun fəaliyyəti barədə geniş məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A. Şilakadze təmsil etdiyi Fondun Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs Mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədikləri layihələr haqqında da fikirlərini bildirib. Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNİCEF, UNDP-in fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər. Şura sədri, millət vəkili Azay Quliyev Şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında qonaqlara ətraflı məlumat verib. Azay Quliyev Fondun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini qeyd edib. Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.






4 Mart, 2015  15:41 Baxılıb: 615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner