Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elektron tablolu dayanacaqlar yaradılacaq

Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidi tikiləcək

Azərbaycanın avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində 722 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub və birinci rübdə bu işlərə 134,5 milyon manat vəsait xərclənib.

Simsar.az-ın verdiyi məlumata görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib. 

Ümumi istifadədə olan avtomobil yollarının saxlanması üçün 2011-ci ilin dövlət büdcəsinin “Avtomobil yolları” məqsədli büdcə fondunda 170 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub və yanvar-mart aylarında 60 milyon manat istifadə olunub. Bakı şəhərinin avtomobil yollarının saxlanması üçün isə cari ilin dövlət büdcəsində 24 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub və birinci rübdə 4,5 milyon manat xərclənib.

2011-ci ilin birinci rübündə tikilmiş və təmir olunmuş avtomobil yollarının uzunluğu 175,7 kilometrdir. Bunun 93,5 kilometri respublika əhəmiyyətli, 82,2 kilometri yerli əhəmiyyətli yollardır. Həmçinin, bu dövrdə 6 körpü tikilərək istismara verilib. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh - Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, “Azneft” meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb.

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması prosesi gələn il fevralın sonunda başa çatacaq. Sistem Bakıda sərnişin nəqliyyatının nizamlanması və idarə edilməsi məqsədilə yaradılır. İntellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Mərkəzin tikintisinə keçən il başlanılıb. Layihənin dəyəri 77 milyon dollara yaxındır. Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın meydan (“cib”lərin), taksilər üçün 140 meydan yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289 dayanacağın yaradılması nəzərdə tutulur. Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır.

Bakıda intellektual sistemin yaradılması çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq və burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. İntellektual sistem elektrontipli 150-yə yaxın yeni işıqforların yerləşdirilməsini nəzərdə tutur.

Ziya Məmmədov bildirib ki, bu gün “Bakı - Tbilisi - Qars yeni dəmir yolu layihəsi” üzrə işlər davam etdirilir və hazırda yolun Axalkələk - Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılıb. Artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılıb. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilib. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4.2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulub. Artıq I mərhələ üzrə işlərə başlanılıb.

Azərbaycan tərəfinin önəm verdiyi layihələrdən biri də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir. Nəqliyyat naziri vurğulayıb ki, Qara dəniz ətrafı dairəvi magistral yol ideyası isə regional problemin həllindən asılıdır. Yəni layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir. Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər İrəvanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil. Bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Ümumilikdə, Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq.






4 May, 2011  15:50 Baxılıb: 1242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner