Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəmiyyətimizdə qız uşağı niyə qəbul olunmur? – PROBLEM

Son illərdə Azərbaycanda oğlan uşaqlarının sayının sürətlə artması ölkənin demoqrafik tərkibi barədə ciddi düşünməyə əsas verir. Rəsmi statistika doğulan oğlan uşaqlarının sayının qızlardan xeyli üstün olduğunu təsdiqləyir. Belə ki, normal cəmiyyətlərdə hər doğulan 106 oğlana 100 qız uşağı düşməlidir. Amma son illər bu normanın pozulması həyəcan təbili üçün əsas verir. Əslində, bu məsələ yeni olmasa da etiraf edilməlidir ki, ciddi sosial problemə çevrilib. Orta və ali məktəblərə daxil olan qızların sayının azalması, işləyənlər arasında qadınların payının azlıq təşkil etməsi ölkədə demoqrafik problemin cücərməsindən xəbər verir.

Simsar.az xəbər verir ki, statistikaya görə, əgər 2000-ci ildə abortların sayı 17 min 529 olubsa, 2014-ci ildə isə 27 min 790 olub. On dörd il ərzində abortların sayının 10 min artması, elə sözügedən dövrdən başlayaraq yeni doğulan uşaqlar arasında oğlanların da qızlara nisbətən çox doğulması təsadüfi deyil. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarının payına düşüb.

2014-cü ilin ilk 6 ayı ərzində isə  rsepublikamızda 79608 uşaq dünyaya gəlib. Doğulanlardan 42647 nəfəri oğlan, 36961 nəfəri isə qızdır.
Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır. Bu gün Azərbaycanda hər 12 oğlana 5 qız düşür. Halbuki, beynəlxalq standartlara əsasən, hər qıza 3 oğlan düşməlidir. Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur.

Məhz bu fikri əsas götürən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün müəyyən işlər həyata keçirildiyi bildirilib.

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Simsar.az-a açıqlamasında bildirib ki, “abortları azaltmaq üçün”bu ilin sonundan yeni statistika əldə ediləcəyini bildirib. Yəni, uşaq ana bətnində  formalaşmış insan kimi qəbul ediləcək və 6 ay sonra 500
qramdan çox hesab edilən körpənin abort olunması qadağan olunacaq. Yeni bənd Birləşmiş Millətlər Təşkilatının meyarlarına uyğundur ölkəmiz də həmin meyarlara qoşulub.

Onun sözlərinə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var. Hər 116 oğlana 100 qız uşağı düşür. Bu isə ölkə əhalisinin mənfi tərəflərindən birinin göstəricisidir.
Dövlət Komitəsi tərəfindən qız uşaqlarının doğulması üçün stimullaşdırıcı tədbirlər aparılır. Bu baxımdan selektiv abortların aradan qaldırılması üçün qanunvericilik tədbirləri görülməlidir.

“Abortların  daha çox şəhər yaxud kəndlərdə baş verdiyini demək yanlış olardı. Çünki burada selektiv abortların təsiri çoxdur. Selektiv abortlara həkim tərəfindən məsləhət görülməyən xəstə uşaqlar aid olsa da burada ən çox istənilməyən uşaqlar çoxluq təşkil edir.  Bunun üçün isə  ailələrdə formalaşmış stereotiplərlə mübarizə aparmaq lazımdır”.
Komitə rəsmisi qeydiyyata alınmayan abortların, qeyri-rəsmi şəkildə dayandırılan doğuşların da statistikanı böyütdüyünü də bildirib.
“Belə hallarla mübarizə aparmaq üçün  təhsil proqramaları gücləndirilməlidir.
"Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsi qəbul edilməlidir. Həmin qanun çərçivəsində qadınlar və və qızların reproduktiv hüquqları müdafiə edilməlidir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bildirib ki, 3 il bundan öncə demoqrafik vəziyyət elə idi ki, oğlan uşaqlarının xeyrinə meyllənmə var idi. Məsələn o vaxt hər 100 qız uşağına 110/112 oğlan uşağı doğulurdu. Amma 100/105 nisbəti normal sayılır. Bizdə də bu 100/107-108-ə nisbəti səviyyəsindədir. Əgər bu nisbət 100/112-115-ə olarsa və bunu keçərsə, təhlükəli ola bilər”.
“Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əlavə edilən müddəa ciddi göstəriş olmadığı halda, ultrasəs müayinəsi aparılmasını qadağa edir. Problemin qarşısını almaq üçün dölün cinsi haqda məlumatın valideynlərə verilməsinə qadağa qoyulsa da buna əməl olunmur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlər görülür.
Düşünürəm ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun qəbul edildikdən sonra dölün cinsinə görə abort etdirilməsi hallarının qarşısı  sərt şəkildə alınacaq.  Cinayətə məsuliyyətinə qədər bu iş davam edəcək.  Müayinədən sonra bətndəki dölün cinsinə görə abort etdirilməsi qeyri-etik haldır. Bu əməliyyatlar kütləvi şəkildə həyata keçirildikdə, demoqrafik problemlər ortaya çıxır. Cinayətə məsuliyyətinə qədər bu iş davam edəcək. Qız uşaqalrının sayının artırılması üçün həvəsləndirici tədbirlər görülməlidir”.

Aysel Kərimova






4 Mart, 2015  15:05 Baxılıb: 2174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner