Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rza Zərrabın 70 minlik tələbi rədd edildi

Türkiyədə "17 dekabr" qalmaqalı səbəbindən bir müddət həbsdə qalan azərbaycanlı iş adamı Rza Zərrabın CHP başqanın köməkçisi Sezgin Tanrıkuluya qarşı qaldrdığı 70 min lirəlik iddiası məhkəmə tərəfindən rədd edilib.

Simsar.az-ın məlumatına görə, Rza Zərrab millət vəkili insan hüquqlarını pozmaqda ittiham edərək belə bir iddia qaldırmışdı.

Belə ki, "17 dekabr" hadisələri zamanı CHP-li millət vəkili Rza Zərraba 14 sual ünvanlamış və onun ittiham olunduğu korrupsiya əməliyyatına aydınlıq gətirməyi tələb etmişdi. Rza Zərrab isə bu sualları insan haqlarına zidd oldğunu əsas gətirərək hər sual üçün 5 min lirə təzminat tələb etmişdi.

Rza Zərrabın iştirak etmədiyi məhkəmə prosesində Sezgin Tanrıkulu və onun vəkilləri təzminat tələblərinin qanuna zidd oldğunu bildiriblər. Və belə sualların verilməsinin millət vəkillərinin səlahiyyətində olduğunu deyiblər.

Məhkəmə də Rza Zərrabın iddiasının qanuni əsası olmadığını əsas gətirərək təzminat tələblərini rədd edib.

Məhkəmə qarşısında jurnalistlərin suallarını cavablayan CHP-li millət vəkili verdiyi açıqlamada Rza Zərraba ünvanladığı suallarda təhqir elementi olmadığını deyib.






4 Mart, 2015  00:33 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner