Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ohanyan Azərbaycanı hədələdi

Fevralın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən düşmənin diversiya qrupunun iki üzvünün dəfn mərasiminə qatılan Seyran Ohanyan Azərbaycanı hədələyib.

Simsar.az-ın məlumatına görə, məhv edilən ermənilərin yaxınlarına başsağlığı verən Ermənistan müdafiə naziri Azərbaycana adekvat cavab veriləcəyini bildirib və alacaqları qisasın ağır olacağını vurğulayıb.

Son aylar cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlarla erməni yaraqlısı məhv edilib. Başda İrəvan olmaqla Ermənistanın böyük şəhərlərində ölən əsgərlərin valideynləri Sarkisyan hökümətinə qarşı keçirdiyi aksiyalar fonunda Ohanyanın hədəsinin ünvanının Azərbaycan deyil, Ermənistan ictimaiyyətinə ünvanladığını görməmək mümkün deyil.

Çünki Azərbaycanın 20 faiz ərazisini işğal edən və beynəlxalq hüquqa əməl etməyən Ermənistan ordusunun əsgərlərinin öldürülməsinin tək səbəbi var. O da qəsbkar Sarkisyan rejiminin Azərbaycan torpaqlarını işğalda saxlamağıdır.

Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, cəbhə xəttində düşmənin törətdiyi bütün təxribatların qarşısı alınacaq. Son aylar silahlı qüvvələrimizin düşmən təxribatlarının qarşısını alarkən Ermənistan ordusunun çoxlu itki verməsi də bunu göstərir.

Qeyd edək ki, fevralın 28-də Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupunun 2 hərbçisi öldürülüb.






3 Mart, 2015  23:53 Baxılıb: 756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner